Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maliyyə dəstəyi üçün müraciət edən sahibkarların sayı açıqlandı

Maliyyə dəstəyi üçün müraciət edən sahibkarların sayı açıqlandı

Tarix: 5 May 2020 14:36

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər nazirliyə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 25 633 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 92 553 fərdi (mikro) sahibkar, ümumilikdə 118 186 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191 306 işçini əhatə edən 21 472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86 360 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43 180 min manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 20 596 vergi ödəyicisinə 186 883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42 400 min manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 83 870 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51 570 min manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 49 200 min manat manat vəsaitin 78 643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.


Etiketlər:  Maliyyə dəstəyi üçün müraciət edən sahibkarların sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ