Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 15:54
"Təəssüf ki, həkimlik sənətinə xələl gətirən həkimlər var"
Sonxeber.net xəbər verir ki, bunu Nanə Ağamalıyeva aparıcısı olduğu "Şou ATV"də eşitdiyi tükürpədici hadisə ilə bağlı danışarkən deyib.
Nanə Bakıda hamiləliyindən xəbərsiz qadını əməliyyat edən həkimi biabır edib:
"Bu yaxınlarda bir əməliyyat eşitdim, şok keçirtdim. Mən belə bir şey eşitdimsə, daha heç bir şeyə təəccüblənmərəm. Xanım liposaksiyadan (piy çıxartma yolu ilə arıqlamaq) əməliyyata girib. Sən demə, qadın ana olmağa hazırlaşır. Həkim güya analizlərini götürüb, belə bir şey yoxdur. Bilmirəm güləsən, ağlayasan. Təəssüf edirəm. Əməliyyatdan çıxıb, xanım görüb günü-gündən şişir. Axı liposaksiya əməliyyatına girəndə təzə analiz verib. Bu yaxınlarda bunu mənə danışdılar, olmuş hadisədir. Sağ-salamat övladını dünyaya gətirib".
Məhəmməd Vaqif