Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook”un bütün proqramlarının ümumi auditoriyası aylıq 3 milyard aktiv istifadəçini ötüb

“Facebook”un bütün proqramlarının ümumi auditoriyası aylıq 3 milyard aktiv istifadəçini ötüb

Tarix: 5 May 2020 17:36

Aprel ayının sonunda “Facebook”un bütün proqramlarının (sosial şəbəkənin özü, “Instagram”, “WhatsApp” və “Messenger”) ümumi auditoriyası 3 milyard aktiv istifadəçini ötüb. Bu yaxınlarda investorlarla onlayn görüş zamanı şirkətin təsisçisi və direktoru Mark Zukerberq bu statistikanı paylaşıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, 3 milyard istifadəçi dünyada internet istifadəçilərinin ümumi sayının 75%-nə uyğundur.

 

Ötən həftə “Facebook” 2020-ci maliyyə ilinin birinci rübü üzrə məlumat verib. Hesabat dövründə şirkət 4,9 milyard xalis mənfəət qazanıb.

 

Emil Hüseynov




Etiketlər:  Facebookun bütün proqramlarının ümumi auditoriyası aylıq milyard aktiv istifadəçini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ