Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:50
Bakı. Samir Əli - Tend:
Bakı metrosunun açılması məsələsinə mayın 11-dən sonra baxılacaq.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu məsələ koronavirus infeksiyasını qarşısının alınma səviyyəsindən asılıdır: "Mayın 11-də vəziyyət yenidən müzakirə olunacaq. Əgər xəstəliyin qarşısının alınmasında müsbət nəticə olarsa, metronun açılma vaxtı da bəlli olacaq. Yəni bu məsələ mayın 11-dən sonra aydın olacaq".