Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər

ÜST: Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər

Tarix: 5 May 2020 20:36

Remdesivir preparatı potensial olaraq COVID-19-a qarşı istifadə oluna bilər, amma sübutlar hələ kifayət deyil.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər sahəsi üzrə proqram direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, remdesivir preparatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada xəstəxanalarda təşkil edilmiş "həmrəylik testlərində" iştirak edir.

Proqram çərçivəsində həkimlər dörd dərmanı və COVID-19-un qarışıq müalicə üsulunu onlardan hansının ən effektiv olduğunu müəyyənləşdirmək üçün testdən keçirirlər.

"Randomizə edilmiş nəzarət testlərinə əsasən bu dərmanın potensial istifadəsinə ümid var", - Rayan deyib.

Onun sözlərinə görə, ÜST bu dərmanın nə qədər əlçatan olması və özünü effektiv göstərməsini ABŞ-la ətraflı məlumatlar əsasında müəyyənləşdirəcək.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Etiketlər:  ÜST Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ