Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda ilk qələbəsini qazanıb

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda ilk qələbəsini qazanıb

Tarix: 6 May 2020 01:32

Bakı. Trend:

Şahmat üzrə onlayn Millətlər Kubokunda qrossmeysterimiz Teymur Rəcəbovun da yer aldığı dünya yığması ilk qələbəsini qazanıb.

Trend xəbər verir ki, ikinci raundda Hindistan yığması ilə mübarizə aparan dünya komandası rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Teymur Rəcəbov Vişvanatan Anand, FIDE təmsilçisi Əlirza Firuzca Pentala Harikrişna, ukraynalı Mariya Muzıçuk Hampi Koneru ilə heç-heçə ediblər. Yığmanın üzvü perulu Xorxe Korinin Başkaran Adhibanı məğlub etməsi komandanın qələbəsini təmin edib.

İkinci raundun digər oyunlarında ABŞ Rusiya yığmasını, Çin Avropa komandasını 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün keçirilmiş birinci raundun oyunlarında dünya yığması Çin komandasına 1:3 hesabı ilə məğlub olub, Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.

Altı komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.


Etiketlər:  Teymur Rəcəbovun komandası Millətlər Kubokunda ilk qələbəsini qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ