Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 09:52
"Mançester Siti"nin futbolçusu Leroy Sane karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Qol.az "Sport Bild"ə istinadən xəbər verir ki, "Bavariya" 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. Münhen klubunun rəhbərləri Oliver Kan, Hasan Salihamidjiçin danışıqları təsdiqlədiyi vurğulanıb.
Bildirilib ki, Bundesliqa təmsilçisi alman oyunçu üçün 40 milyon avro təzminat ödəməyi planlaşdırır. Klubun maksimum 60 milyon avro ödəyə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Sane bu mövsüm zədə səbəbindən İngiltərə Premyer Liqasında heç bir matçda iştirak etməyib.