Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli futbolçudan amansız qətl - 5 yaşlı oğlunu öldürüb

Türkiyəli futbolçudan amansız qətl -  5 yaşlı oğlunu öldürüb

Tarix: 6 May 2020 15:58

Türkiyənin “Hacettepe” klubunun sabiq futbolçusu Cevher Toktaş amansız qətl törədib.

Qol.az “Milliyet”ə istinadən xəbər verir ki, hazırda həvəskar liqada "Bursa Yıldırımspor"da çıxış edən oyunçu 5 yaşlı oğlu Kasımı öldürüb.

33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib. 2008/2009 mövsümündə "Hacettepespor"la Türkiyə Superiqasında çıxış etmiş Cevher Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də boğaraq öldürüb.

O, törətdiyi cinayəti məhkəmə zalında soyuqqanlı şəkildə izah edib: “Oğlum kürəyi üstə yatmışdı. Yastığı onun üzünə basdım və 15 dəqiqə saxladım. Oğlum çırpınırdı, amma mən ölənə qədər yastığı basmağa davam etdim".

Toktaş psixi pozğunluğunun olmadığını, sadəcə oğlunu sevmədiyi üçün öldürdüyünü deyib: "Mənim iki oğlum var. Ölən oğlumu doğulduqdan sonra heç sevmədim, niyə sevmədiyimi də bilmirəm. Onu boğaraq öldürməyimin səbəbi, sadəcə onu sevməməyimdir. Sağlamlıqla bağlı və psixi problemlərim yoxdur".

Cevher Toktaş məhkəmə zalındaca həbs olunub.
 


Etiketlər:  Türkiyəli futbolçudan amansız qətl yaşlı oğlunu öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ