Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 05:24
Bakı. Trend:
2019-cu ildə ABŞ-ın İraqda, Suriyada, Əfqanıstanda və Somalidə hərbi əməliyyatları zamanı 132 dinc sakin həlak olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müadifə Nazirliyinin hesabatında deyilir.
Bildirilir ki, hərbi əməliyyatlar zamanı Əfqanıstanda 108 nəfər, Suriyada və İraqda 22 nəfər, Somalidə isə 2 nəfər həlak olub. Liviya və Yəməndə keçirilən hərbi əməliyyatlar zamanı dinc sakinlər arasında həlak olan olmayıb. Ümumilikdə hərbi əməliyyatlar zamanı 91 dinc sakin yaralanıb.
Qeyd edək ki, 2018-ci il üzrə hesabatda İraq, Suriya, Əfqanıstan və Somalidə keçirilən hərbi əməliyyatlar zamanı 120 dinc sakinin öldüyü, 65 dinc sakinin yaralandığı bildirilirdi.