Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook”un bütün proqramlarının ümumi auditoriyası aylıq 3 milyard aktiv istifadəçini ötüb

“Facebook”un bütün proqramlarının ümumi auditoriyası aylıq 3 milyard aktiv istifadəçini ötüb

Tarix: 7 May 2020 08:08

Aprel ayının sonunda "Facebook"un bütün proqramlarının (sosial şəbəkənin özü, "Instagram", "WhatsApp" və "Messenger") ümumi auditoriyası 3 milyard aktiv istifadəçini ötüb. Bu yaxınlarda investorlarla onlayn görüş zamanı şirkətin təsisçisi və direktoru Mark Zukerberq bu statistikanı paylaşıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 3 milyard istifadəçi dünyada internet istifadəçilərinin ümumi sayının 75%-nə uyğundur.

Ötən həftə "Facebook" 2020-ci maliyyə ilinin birinci rübü üzrə məlumat verib. Hesabat dövründə şirkət 4,9 milyard xalis mənfəət qazanıb.


Etiketlər:  Facebookun bütün proqramlarının ümumi auditoriyası aylıq milyard aktiv istifadəçini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ