Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 08:16
"OPPO" şirkəti Malayziyada "A92s" smartfonunun daha ucuz versiyasını təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "OPPO A92" smartfonu 6,5 düymlük Full HD təsvir ölçülü "LCD" ekranla təchiz edilib. Barmaq izləri skaneri sağ tərəfdəki işəsalma düyməsinə inteqrasiya edilib. Arxa tərəfdə isə yalnız 4 obyektivdən (genişbucaqlı, ultra genişbucaqlı, makro və dərinlik sensoru) ibarət əsas kamera modulu yerləşir. Smartfon 48 mp-dək təsvir ölçüsündə şəkillər çəkə bilir, videonu proqram baxımından sabitləşdirə və xüsusi gecə çəkilişi rejimini dəstəkləyir.
Yeni aparat 11 nm-lik texnoloji proses üzrə hazırlanmış 2,0 QHs maksimal takt tezlikli 8 nüvəli "Snapdragon 665" prosessor, 8 QB əməli yaddaş və 128 QB daşıyıcı ilə təchiz edilib. Tutumu 256 QB-dək olan yaddaş kartları dəstəklənir.
Bundan başqa, qurğu sürətli enerjidoldurma texnologiyasına malik 5000 milliamper/saat tutumlu akkumulyatora və tutumlu səslənməni təmin edən stereodinamikə malikdir. Bundan başqa, smartfonda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor nəzərdə tutulub.