Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 09:06
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,6 faiz artaraq 958,0 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin yanvar-mart aylarında isə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz azalaraq 1 milyard 224,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 901,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6 faizini təşkil edib.
2020-ci ilin yanvar-mart aylarında isə paytaxtda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2 faiz azalaraq 187,8 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artaraq 104,4 milyon manat olub.