Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 09:39
“Huawei” şirkəti ikiqat selfi kameraya malik yeni ucuz “Y8s” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, smartfon “Full HD ” təsvir ölçülü 6,5 düymlük maye kristal ekranla təchiz edilib. 8 mp-lik (f/2.0) və 2 mp-lik (f/2.4) ön kameralar mövcuddur.
Arxa paneldə barmaq izləri skaneri və iki kamera yerləşdirilib: 48 mp-lik (f/1.8) əsas və 2 mp-lik (f/2.4) dərinlik sensoru.
“Huawei Y8s” smartfonu “Kirin 710” prosessoru, 4 QB əməli yaddaş və 64/128 QB daxili yaddaşla (“microSD” yaddaş kartının köməyi ilə artırmaq olar) təchiz edilib. Akkumulyatorun tutumu 4000 milliamper/saatdır, amma təəssüf ki, telefon “microUSB” portu vasitəsilə enerji toplayır. Yeni smartfon “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun üstünlüklərindən biri də odur ki, “Google”un xidmətlərini dəstəkləyir.
Emil Hüseynov