Tarix: 7 May 2020 13:24
Braziliyanın "Flamenqo" klubunun 38 üzvü koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 aprel - 3 may tarixlərində futbolçu və məşqçi heyəti, elcə də texniki heyət daxil olmaqla ümumlikdə 293 nəfər testdən keçib və onların 38-nin nəticəsi müsbət olub. 38 nəfərdən 3-nün futbolçu olduğu məlum olub.
Testləri müsbət çıxanların hamısı karantinə alınıb.