Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 17:33
Bakı. İlhamə İsabalayeva – Trend:
İyunda buraxılış imtahanı zamanı pandemiya ilə əlaqədar metodiki göstərişi nəzərə alacağıq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, imtahanlarda hər bir masa arxasında bir nəfər olacaq: “Onların arasında məsafə saxlanılacaq. Bir auditoriyada 12-15 nəfər yer alacaq”.
M.Abbaszadə qeyd edib ki, imtahanlarda aprel-iyun ayları üzrə olan mövzular nəzərə alınmayacaq.