Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 21:40
Kompüterlərdə ən çox rast gəlinən Windows 10 M19U (1903) versiyasıdır.
Windows 10 əməliyyat sisteminin ötən ilin may ayında yenilənən ən populyar versiyası 1903-dür. Bu versiya kompüterlərin təxminən yarısında, 49,2%-də quraşdırılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ikinci yerdə 2019-cu ilin noyabr yeniləməsi olan (1909) versiyasıdır. Bu versiya kompüterlərin 33,4%-də quraşdırılıb.
Üçüncü və dördüncü yerlərdə - 1809 və 1803 versiyaları gəlir. Onların da son yenilənməsi bir il əvvəl olub. Sözügedən versiyaların payı müvafiq olaraq 9,3% və 4,2% təşkil edir.