Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 22:40
"Qalatasaray" yeni yarımmüdafiəçi almağa hazırlaşır.
Qol.az-ın L’Équipe"yə istinadən yaydığı xəbərə görə, İstanbul klubu İngiltərə Premyer Liqası ilə vidalaşan "Fulhem"in futbolçusu Jan-Mişel Seri ilə maraqlanır. "Cim-Bom"un 27 yaşlı oyunçunu 1 il müddətinə icarəyə götürmək istədiyi bildirilib.
Qeyd edək ki, Serinin İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2022-ci ilin iyununda başa çatır.