Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son hərbi xidməti diplomla başa vurdu

Son hərbi xidməti diplomla başa vurdu

Tarix: 8 May 2020 13:48

“Tottenhem"in futbolçusu Son Hın Min hərbi xidməti başa vurub.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun Cənubi Koreyada 3 həftəlik əsgərlik dövrü bitib.

Onun hərbi xidməti uğurlu olub. Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən futbolçu 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. Güllə atışında isə Min maksimum nəticə göstərib.

Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. O, hərbi xidməti tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işlərdə çalışmalıdır.

Xatırladaq  ki,  S.H.Mİn 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.
 


Etiketlər:  hərbi xidməti diplomla başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ