Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 14:40
Almaniyalı keçmiş FİFA referisi Knut Kirxer ölkəsinin mətbuatına müsahibə verib.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, 51 yaşlı sabiq hakim, müsahibəsi zamanı 2006-cı ildə idarə etdiyi Serbiya - Azərbaycan matçından da danışıb:
"2006-cı ildə Belqradda keçirilən Serbiya - Azərbaycan oyununu idarə etdim. Əsl kabus idi. Stadionda cəmi 250 azarkeş var idi. Çox qəribə idi. Bir hakim olaraq daim azarkeşlərin gur səsinə və oyunçuların, məşqçilərin, rəsmi şəxslərinə dediklərini eşitməməyə alışırsız. Bir xəyali oyunda isə bunların tam əksi olur - tribunadan heç bir səs gəlmir. Sizi irəli aparan, motivasiya edən səs-küy olmur. Buna görə də meydandakı hər sözü başa düşürsüz".
2006-cı ildə AÇ-2008-in seçmə mərhələsi oyunu çərçivəsində keçirilən Serbiya - Azərbaycan matçı 1:0 hesabıyla meydan sahiblərinin qələbəsiylə başa çatmışdı.