Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 14:52
Bakı. Trend:
Oyunlara yeni qaydaların tətbiqi ilə məşğul olan qurum - Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbolçuların əvəz olunmasına dair yeniliyi təsdiqləyib.
Trend-in məlumatına görə, yeni qaydaya əsasən, pandemiyaya görə dayandırılan milli çempionatlar bərpa olunandan sonra komandalara hər oyunda 5 əvəzləməyə icazə veriləcək.
Vaxt itkisinin qarşısını almaq üçün bunların 3-ü oyun, 2-i isə fasilə zamanı edilməlidir. Əgər hər iki komanda eyni məqamda dəyişiklik etsə, bu, onların hər birinin 3 əvəzləmə limitinə aid olacaq. Oyun əlavə vaxta kimi uzanarsa, istifadə edilməyən oyunçu dəyişiklikləri və əvəzləmə limiti də həmin uzatma dəqiqələrinə tətbiq ediləcək.
Eyni zamanda, turnirin reqlamentinə əsasən, əlavə vaxtda komandalara daha bir dəyişiklik imkanı verilirdisə, indi hər iki komandanın əlavə olaraq daha 1 oyunçunu əvəz etmək hüququ olacaq. Bu isə o deməkdir ki, görüş ərzində 5 oyunçunun dəyişilməsi və 3 əvəzləmədən istifadə edilib-edilməməsindən asılı olmayaraq, 6-cı əvəzləmə də mümkündür.
İyunun 1-dən tətbiq edilən yeni qayda 2020-ci il dekabrn 31-ə kimi qüvvədə olacaq. Bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.
Bu qaydalardan istifadə olunub-olunmaması yerli federasiyaların ixtiyarına verilir.