Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 17:46
Xaricdən idxal olunan infeksiya göstəricisi 9,1 faiz təşkil edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, infeksiyanın yoluxma göstəricisi Bakı şəhəri üzrə 47,5, Gəncə-Qazax bölgəsi üzrə 13,6 faiz, Aran bölgəsi üzrə 10,2 faiz, Lənkəran üzrə 9,4 faizdir. Xaricdən idxal olunan infeksiya göstəricisi isə 9,1 faiz təşkil edib:
"Xaricdən idxal edilən infeksiya ilə bağlı göstərici onu deməyə əsas verir ki, xaricdən gətirəcəyimiz vətəndaşlar karantində saxlanılmalıdır".