Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik" - Hapal

Tarix: 6 Iyun 2019 13:20

“Yaydır, yarışlar başa çatıb. Futbolçular formada olmaya bilər. Ancaq onlar peşəkardırlar və qarşıdakı oyunlara ikiqat hazırlaşmalıdırlar”.

Qol.az xəbər verir ki, bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

Yerli mətbuata açıqlamasında İordaniya ilə keçiriləcək yoldaşlıq görüşündən danışan çexiyalı mütəxəssis bu oyundan sonra millimizlə matç üçün heyəti müəyyənləşidrəcəyini bildirib: "Komandaya əlavə 6 nəfər dəvət etmişik. Onları da sınaqdan keçirmək istəyirik. İordaniya ilə oyunda şans qazanacaqlar. Əsas heyət isə Azərbaycanla matça hazırlaşacaq. İordaniya ilə görüşdən sonra  6 nəfər komadanı tərk edəcək. Ancaq futbolçulardan bizi yaxşı mənada təəccübləndirən olsa, Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu iyunun 11-də keçiriləcək.

 


Etiketlər:  Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik Hapal


RƏYLƏR