Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 16:32
“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq etiraf edib ki, “Real”da çıxış etmək istəyir.
Qol.az Britaniya mediasına istinadən xəbər verir ki, 30 yaşlı qabonlu hücumçu “Real”ın onun ürəyindəki komanda olduğunu söyləyib: “Mən babama söz vermişəm ki, bir gün həmin klubda oynayacağam. Ümid edirəm ki, bu, baş verəcək”.
Qeyd edək ki, bir müddət əvvəl “Real”ın Obameyanqı transfer etmək üçün “Arsenal”a sorğu göndərdiyi haqda xəbərlər yayılıb.