Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Hazarda görə nə qədər təzminat ödəyəcək?

''Real'' Hazarda görə nə qədər təzminat ödəyəcək?

Tarix: 6 Iyun 2019 17:56

Eden Hazardın transferi üçün "Çelsi" ilə razılığa gələn "Real"ın qarşı tərəfə ödəyəcəyi təzminatın məbləği məlum olub.

Qol.az-ın "The Telegraph" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" 28 yaşlı yarımmüdafiəçiyə görə bonuslarla birlikdə 130 milyon avrosundan keçməli olacaq. Artıq klublar arasında bütün detallar razılaşdırılıb. Yaxın vaxtlarda keçidin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Hazard geridə qalan mövsümdə "Çelsi"nin heyətində 52 matçda 21 qol vurub, 17 qolun ötürməsini verib.

 


Etiketlər:  Real Hazarda görə qədər təzminat ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ