Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 13:04
"Neftçi"nin sabiq baş məşqçisi, hazırda Vyetnam Futbol Federasiyasının texniki direktoru vəzifəsində çalışan Hans-Yurgen Gede ölkənin "Vnexpress” nəşrinə geniş müsahibə verib.
Qol.az xəbər verir ki, müsahibə zamanı o, Bakı təmsilçisində işlədiyi dönəm haqda da danışıb. 63 yaşlı mütəxəssis prezidentin onun işinə qarışdığını söyləyib:
"Azərbaycana "Neftçi" işləmək üçün getdiyim gün prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez peşəkarların işinə müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa imkan ver".
Qeyd edək ki, Hans-Yurgen Gede 2008/2009 mövsümündə "Neftçi"ni çalışdırıb.Həmin vaxt klubun prezidenti Əkbər Hacıyev olub.