Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 19:46
Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, dərhal əraziyə FHN-nin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb.
Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.
Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.
Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.