Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 23:57
Damarlarda xolesterinin (piyə oxşayan maddə) yığılması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin ilk səbəbidir. İnsanda yüksək xolesterin təyin olunduqda həkim ona xolesterini salan xüsusi preparatları təyin edir.
Adətən bu məqsədlə statin preparatlarında istifadə olunur. Lakin bir çox mütəxəssislərin fikrinə görə, statinlərin effektivliyi azdır, yanaşı təsirləri isə çoxdur.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Rusiyalı kardioloq Yaroslav Aşıxmin "Аргуименты и факты" nəşrinə orqanizmdə yüksək xolesterini salan yeni preparatlar haqqında məlumat verib.
2015-ci ildə sintez olunmuş yeni "evolokumab" və "alirokumab" adlı preparatlar statinlərdən qat-qat daha effektlidir. Bu preparatların köməyi ilə 70% xəstələrdə xolesterini aşağı salmaq mümkündür. Aşıxminin sözlərinə görə, bu çox yaxşı nəticədir.
Kardioloq qeyd edib ki, bir çoxlarının bu preparatlar haqqında məlumatı yoxdur.
Yeni dərmanlar xolesterinin mübadiləsində iştirak edən PCSK9 fermentinin aktivliyini azaldır. Məhz bu fermentin aktivliyinin artması xolesterinin səviyyəsini qaldırır.