Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təmsilçimiz Çempionlar Liqasından məhrum edilməyəcək - Rəsmi

Təmsilçimiz Çempionlar Liqasından məhrum edilməyəcək - Rəsmi

Tarix: 12 May 2020 10:14

UEFA qurumun reytinqində  12-ci pillədən aşağı ölkələrin çempionlarının Çempionlar Liqasının qrup mərhələsinə buraxılmayacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az xəbər verir ki, qurumdan "RİA Novosti”yə verilən məlumatda bu iddialar təkzib edilib. UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən "The Times" nəşri hazırda turnirlər dayandırıldığı üçün gələn mövsüm sıx qrafik olacağını nəzərə alan UEFA seçmə mərhələ oyunlarını azaltmağı, yaxud da tamamilə ləğv etməyi planlaşdırdığını yazmışdı. Digər versiyaya görə isə ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionları bir oyundan ibarət pley-offda qarşılaşa biləcəyi vurğulanmışdı. Bu variant təsdiqlənsə idi, Azərbaycan kimi UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaqdı.

 


Etiketlər:  Təmsilçimiz Çempionlar Liqasından məhrum edilməyəcək Rəsmi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ