Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident seçilsə, Qvardiolanı ''Barselona''ya gətirməyə çalışacaq

Prezident seçilsə, Qvardiolanı ''Barselona''ya gətirməyə çalışacaq

Tarix: 12 May 2020 10:32

"Barselona"nı sabiq prezidenti Xuan Laporta növbəti il Kataloniya klubundakı seçkilərdə namizəd olacağını açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə o, "TV3"ə açıqlamasında deyib. Laporta "Barselona"nın çətin bir dönəmdə olduğunu və bu vəziyyətdən çox çalışaraq çıxa biləcəyini söyləyib.

57 yaşlı sabiq prezident seçkilərdə qalib gələcəyi təqdirdə, Pep Qvardiolanı yenidən "Barselona"ya gətirməyi düşündüyünü deyib: "Amma o, hazırda "Mançester Siti"ni çalışdırır və qərarını özü verməlidir. Kataloniyalılar onu yenidən komandanın baş məşqçi vəzifəsində görmək istəyərlər".

Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə "Barselona"nın prezidenti olub.

 


Etiketlər:  Prezident seçilsə Qvardiolanı Barselonaya gətirməyə çalışacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ