Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 09:36
Bakı. Samir Əli - Trend:
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimini davam etdirir.
Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb: "Bu, həm paytaxt Bakıdan bölgələrə, həm də bölgələrdən paytaxta daşınan sərnişinlərin sayıdır. İyunun 7-də isə 15 min 620 sərnişin daşınıb ki, onlardan 11 min 920 nəfər bayramın son günü olduğu üçün bölgələrdən Bakıya, 3 min 700 nəfər isə paytaxtdan bölgələrə daşınıb. Gün ərzində 718 nəfər isə beynəlxalq daşıma olub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin