Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 17:20
Koronavirus pandemiyası dövründə "Zoom" tətbiqinə tələbatın artmasından sonra "WhatsApp" görüntülü söhbətdəki istifadəçilərin sayını 8-ə çatdırmışdı.
Sonxeber.net xəbər verir ki, "Zoom"da isə bu limit 100 nəfərdir.
Rəqabətdə uduzduğuna görə "WhatsApp" növbəti həmlə edərək görüntülü söhbətdən eyni anda istifadə edəcək şəxslərin sayını 50-yə çatdırmağa hazırlaşır.
Məlumata görə, "WhatsApp"ın bu funksiyası "Facebook"un bu yaxınlarda elan etdiyi "Messenger Rooms"la inteqrasiya ediləcək. (ölkə.az)