Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin ilk dəfə “3D” printeri kosmosda sınaqdan keçirib

Çin ilk dəfə “3D” printeri kosmosda sınaqdan keçirib

Tarix: 14 May 2020 07:24

Çinin yaratdığı kosmik üçölçülü printer və onun orbitdə çap etdiyi iki nümunə uğurla Yer kürəsinə dönüb. Bu barədə Çin Kosmik Texnologiyalar Akademiyasının məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, onlar Yerə Çinin cənub Haynan adasında yerləşən Vençan kosmodromundan buraxılan yeni nəsil pilotlu sınaq kosmik gəmisinin geri qaytarılan kapsulu vasitəsilə çatdırılıb. Kapsul Daxili Monqolustan Muxtar Rayonunda əvvəlcədən təyin edilmiş yerə eniş edib.

Məlumata görə, bu, dünyada karbon lifi ilə möhkəmləndirilmiş davamlı polimer kompozitlərdən istifadə edilməklə "3D" orbital çapın həyata keçirildiyi ilk sınaqdır.

Tədqiqatçılar kosmosdan qayıdan printerin işinin səmərəliliyi üzrə əlavə yoxlamalar aparmağa və bundan sonra yeni qurğunun xüsusiyyətlərini hərtərəfli qiymətləndirməyə hazırlaşırlar.

Testdə hər iki nümunə davamlı karbon lifli materiallardan çap edilib ki, bu da kompozit materiallardan istifadə etməklə "3D" çapın gələcək inkişafı üçün vacib texnoloji əsası qoyub.

Orbitdə "3D" çap sistemi, həmçinin bütün iş prosesi üzərində avtomatik nəzarəti həyata keçirib.


Etiketlər:  Çin dəfə printeri kosmosda sınaqdan keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ