Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 10:42
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov klubun "Menemenspor"un qapıçısı Gentian Selmani ilə bağlı maraqlandığı xəbərlərə münasibət bildirib.
O, Qol.az-a açıqlamasında bu iddialarə təkzib edib. Klub rəsmisi albaniyalı qolkiperlə maraqlanmadıqlarını, bu kimi xəbərlərin agentlər arasında spekulativ hərəkət ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə birinci liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci "Radyospor"a açıqlamasında "Qarabağ"ın 21 yaşlı qapıçı üçün təklif göndərdiyini və klublar arasında danışıqlar davam etdiyini söyləmişdi.