Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın böyük hissəsində fövqəladə vəziyyət aradan qaldırılıb

Yaponiyanın böyük hissəsində fövqəladə vəziyyət aradan qaldırılıb

Tarix: 14 May 2020 13:48

Bakı. Trend:

Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar mayın 31-dək elan edilmiş fövqəladə vəziyyət rejimi əksər prefekturalarda vaxtından əvvəl aradan qaldırılıb.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Sindzo Abe deyib.

O bildirib ki, fövqəladə vəziyyət 47 prefekturadan 39-da aradan qaldırılıb.

Bu gündən etibarən fövqəladə vəziyyət yalnız paytaxt Tokioda, sıx məskunlaşmış Kanaqava, Saytama və Tiba prefekturalarında qüvvədə olacaq.

Bundan əlavə, Kioto, Osaka, Höqo və Hokkaydo prefekturalarında da fövqəladə vəziyyət davam edəcək. Ümumilikdə, fövqəladə vəziyyətin davam etdiyi regionlarda 60 milyonadək sakin yaşayır.


Etiketlər:  Yaponiyanın böyük hissəsində fövqəladə vəziyyət aradan qaldırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ