Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb (FOTO)

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb (FOTO)

Tarix: 14 May 2020 16:36

Bakı. Trend:

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. H.Zahidov və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb (FOTO) - Gallery Image Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb (FOTO) - Gallery Image Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb (FOTO) - Gallery Image Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb FOTO


RƏYLƏR