Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

Tarix: 14 May 2020 17:36

Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanlar olduğunu açıqlayıb.

Sonxeber.net xəbər verir ki, oxu.Az bununla bağlı qurumlar arasında sorğu keçirib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sözügedən sayta bildirib ki, qurumun altı əməkdaşı koronavirusa yoluxub.

Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:

"Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir".

C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı oxu.az-a bildirib ki, qurumda pandemiya dövrünün qaydalarına uyğun olaraq  müəyyən olunmuş sayda əməkdaş gündəlik işə gəlib-gedir:

"Digər işçilər evdən işləyir. Bu günə kimi Komitənin heç bir əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınmayıb".

Bakı Nəqliyyat Agentliyindən sayta deyilib ki, ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyin təmin olunması baxımından vacib olan məqamlardan biri də bu prosesdə iştirak edənlərin sağlamlığının qorunmasıdır:

"Pandemiya dövründə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Həyata keçirilən əks-epidemik tədbirlər, eyni zamanda, COVID-19-un profilaktikasına dair qaydalara riayət olunması sayəsində bu günə qədər əməkdaşlar arasında yoluxma halı qeydə alınmayıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, əməkdaşlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdaşları arasında koronavirusa yoluxma barədə məlumat yaymışdı.


Etiketlər:  Azərbaycanda qurumun əməkdaşları koronavirusa yoluxdu RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ