Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 10:05
Müğənni Zenfira İbrahimova həyat yoldaşı ilə olan arxiv fotosunu yayımlayıb.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, müğənni İnstagram hesabında həyat yoldaşı ilə illər əvvələ məxsus fotosunu yayımlayıb. ifaçı həmin foto vasitəsi ilə evlilik il dönümünü qeyd edib. O fotonu belə şərh edib.
''2003-cü il. Bir oğlan mənimlə yol gedərkən tanış oldu. Heç sevmədim bu hərəkətini və acıladım. Beləcə mən atlı oldum, o piyada. Bir gün qarşıma çıxıb, gözümün içinə baxdı və səni sevirəm, səndən əl çəkməyəcəm dedi. Beləcə tanış olduq və 2005-ci ildə ailə həyatı qurduq. Çox ağrılı-acılı günlərimiz oldu. Çox keçmədi həyatıma bir işıq gəldi. Qızım dünyaya göz açdı. Artıq evliliyimizin 15-ci baharını yaşayırıq. 14 may bizim tariximizə qızıl hərflərlə yazıldı. Nə yaxşı ki, varımsan. İlk günki kimi sevirəm səni''.