Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 12:16
Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə bağlı iki aylıq fasilədən sonra bərpa olunur.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, sabah Almaniyada XXVI turun oyunları keçiriləcək.
Oyunlar 16-18 may tarixlərində boş tribunalar önündə baş tutacaq.
Almaniya Bundesliqası
XXVI tur
16 may
17:30 "Auqsburq" - "Volfsburq"
17:30 "Borusiya" (Dortmund) - "Şalke"
17:30 "Fortuna" - "Paderborn"
17:30 "Hofenhaym" - "Herta"
17:30 "Leypsiq" - "Frayburq"
20:30 "Ayntraxt" - "Borusiya" (Mönxenqladbax)
17 may
17:30 "Köln" - "Maynts"
20:00 "Union" - "Bayern"
18 may
22:30 "Verder" - "Bayer"
Qeyd edək ki, martın 13-də koronavirus səbəbindən dayandırılan Almaniya Bundesliqasının turnir cədvəlində hazırda "Bayern" 55 xalla birinci, Dortmund "Borusiya"sı 51 xalla ikinci, "Leypsiq" isə 50 xalla üçüncü yerdədir.