Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 20:30
Bu gün AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib.
Sonxeber.net AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərdən qan analizi götürülüb və temperaturları yoxlanılıb. Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.