Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 22:48
Bakı. Samir Əli - Trend:
Yaşar Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, idarə rəisi Yaşar Əliyev tutduğu vəzifədən azad edilərək Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.
Xatırladaq ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.