Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 00:00
Bakı. Trend:
Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1977-ci il təvəllüdlü Təhməzov Fariz Hidayət oğlunun axtarışları başa çatıb.
Onun meyiti nazirliyin hadisə yerinə cəlb olunan müvafiq qurumları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.