Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkər xəstələri viruslardan qorunmaq üçün nə etməlidir?

Şəkər xəstələri viruslardan qorunmaq üçün nə etməlidir?

Tarix: 16 May 2020 21:42

Şəkərli diabet xəstələri koronavirus COVİD-19 infeksiyasından özlərini daha ciddi qorumalıdırlar. Çünki şəkərli diabet xəstələrində bu xəstəlik ağır keçir və bu insanlar ciddi fəsadlarla üzləşə bilərlər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-endokrinoloq Naidə Novruzova deyib. Həkim bildirib ki, ümumiyyətlə, şəkərli diabet xəstəliyi  olan insanlar qanda şəkəri tez-tez ölçməli və nəzarətdə saxlamalıdırlar. Qanda şəkər normadan yuxarı olarsa, diabetlə əlaqəli bir sıra fəsadlar yaranır. Bu fəsadlar zamanı orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyəti pozulur.

Şəkərli diabet tip 2 xəstəliyi olan yaşlı insanlar bu vurusdan daha ciddi qorunmalı və aşağıda qeyd olunan qaydalara ciddi riayət etməlidirlər:

1. Qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır. Bunun üçün gündə bir neçə dəfə qanda şəkəri ölçmək lazımdır;

2. Gün ərzində 1.5- 2 lt maye qəbul edilməlidir;

3. Hərəkət çox önəmlidir. Gün ərzində evdə 5000 addım atmaq lazımdır;

4. Həkim məsləhəti olmadan heç bir dərman içmək olmaz;

5. Qanda şəkər yüksələrsə həkimlə əlaqə saxlamaq və lazım olarsa dərmanların dozasında dəyişiklik edilməlidir;

Evdə qalarkən fiziki aktivlik bir qədır azalır. Ona görə bu cür xəstələr rasional qidalanma ilə sağlamlıqlarına daha ciddi nəzarət etməlidilər. Sağlam qidalanma şəkərli diabet müalicəsinin vacib bir hissəsidir. Buna görə diabetli insanlar üçün qanda stabil şəkər səviyyəsini qorumaq və immunitet sistemini gücləndirmək üçün pəhrizə riayət etmək çox vacibdir. Aşağıda qeyd edilmiş qaydalara riayət etmək məsləhət edilir:

Aşağı qlisemik indeksli qidalar üstünlük vermək: (bunlara tərəvəz, kəpəkli buğda çörəyi, yağsız qatıq/süd və s. daxildir). Qızardılmış qidaları rasionda azaltmaq lazımdır. Şəkər, karbohidratlar və yağlarla yüksək olan qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır. Şəkərli diabet xəstəsənin evdə ayrıca otaqda qalmasını və ona ailənin bir üzvünün qulluq etməsini təşkil edilməsi tövsiyə olunur. Əsas qaydalardan biri də panikadan qaçmaqdır. Belə ki, stres orqanizmdə hiperqlikemik vəziyyət yaradır, bu da immunitetin aşağı düşməsinə səbəb olan amillərdən biridir.

Milli.Az


Etiketlər:  Şəkər xəstələri viruslardan qorunmaq üçün etməlidir


RƏYLƏR