Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa qarşı ən effektiv dərmanları super kompyuter analiz etdi

Koronavirusa qarşı ən effektiv dərmanları super kompyuter analiz etdi

Tarix: 16 May 2020 23:51

Almaniyada olan Mainz Yohannes Qutenberq Universitetinin alimlərinin araşdırması ilə, MOGON II super kompyuterin yeni tip koronavirus (KOVİD-19) mübarizədə istifadə edilən dərmanların fəaliyyəti analiz edildi.

Mətbuata şərh verən Mainz Yohannes Qutenberq Universiteti, 2 ay davam edən araşdırma vaxtı 30 milyarddan çox hesablama aparan MOGON II, Hepatit C müalicəsində istifadə edilən dörd dərmanın içindəki faktor maddələrin KOVİD-19 virusuna qarşı yaxşı müqavimət göstərdiyini və infeksiyanı önləyə bildiyini müəyyən etdi. Bu dərmanların simeprevir, paritaprevir, grazoprevir və velpatasvir olduğu ifadə edildi.

Super kompyuterin etdiyi analizə görə, üst tənəffüs yolu infeksiyalarının müalicəsində istifadə edilən Lonicera yaponuca adındakı bitkinin də koronavirusa qarşı təsirli ola biləcəyini göstərdi.

Super kompyuter, araşdırma əsnasında cəmdə 42 min fərqli maddə araşdırdı.

Milli.Az


Etiketlər:  Koronavirusa qarşı ən effektiv dərmanları super kompyuter analiz etdi


RƏYLƏR