Tarix: 17 May 2020 19:38
Almaniya Bundesliqasında 26-cı turun oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. “Köln” öz meydanında “Maynts”ı qəbul edib.
Görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.
“Köln” – “Maynts” – 2:2
Qollar: Uth, 6-pen. (1:0), Kaynz, 53 (2:0), Avoniyi, 61 (2:1), Malonq, 72 (2:2)
Bu nəticədən sonra “Köln” 33 xalla 10-cu, “Maynts” 27 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün son görüşündə lider “Bavariya” “Union Berlin”in qonağı olacaq.