Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan ''Avro-2020'' açıqlaması - ''Üç şəhərdə problem var''

UEFA-dan ''Avro-2020'' açıqlaması -  ''Üç şəhərdə problem var''

Tarix: 18 May 2020 11:00

2021-ci ildə keçiriləcək  Avropa çempionatının oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 12 yox, daha az şəhərdə ola bilər.

Qol.az xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin “beİN Sporta”a açıqlamasında deyib.

O, hələ ki, 9 şəhərin çempionata hazır olduğunu bildirib: "Prinsipcə bizim ideya çempionatı elə həmin 12 şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var. Onları biz daha sonra müzakirə edəcəyik. Biz  çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, Avro-2020-ni 10, 9 və ya 8 şəhərdə də keçirməyə hazırıq".

UEFA-ya təsdiq göndərməyən şəhərlər isə Roma, Bilbao və Kopenhagendir.

Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda baş tutması planlaşdırılır.
 


Etiketlər:  UEFA Avro 2020 açıqlaması Üç şəhərdə problem


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ