Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eldar Əzizov: İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır

Eldar Əzizov: İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır

Tarix: 18 May 2020 17:15

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

E.Əzizov bildirib ki, biz Prezidentin tapşırıqlarına uyğun olaraq dezinfeksiya işlərinə hələ virus yayılmamışdan əvvəl başlanılıb:

"Paytaxtda 11 700 bina var və həftədə 2 dəfədən az olmayaraq bu binalarda dezinfeksiya işləri aparılır. Həmçinin ətraf ərazilər, eləcə də əsas prospektlər dezinfeksiya edilir. Bakıda dezinfeksiya işləri ilə bağlı istər texnika, istərsə də xüsusi maddələr baxımından heç bir sıxıntı yoxdur".


Etiketlər:  Eldar Əzizov İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ