Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eldar Əzizov: İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır

Eldar Əzizov: İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır

Tarix: 18 May 2020 17:26

Bakı Şəhər İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

E.Əzizov bildirib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq dezinfeksiya işlərinə hələ virus yayılmamışdan əvvəl başlanılıb:

"Paytaxtda 11 700 bina var və həftədə 2 dəfədən az olmayaraq bu binalarda dezinfeksiya işləri aparılır. Həmçinin ətraf ərazilər, eləcə də əsas prospektlər dezinfeksiya edilir. Dezinfeksiya işləri ilə bağlı istər texnika, istərsə də xüsusi maddələr baxımından heç bir sıxıntı yoxdur. Hər gün bu işlərdə 2 min nəfərə qədər insan çalışır".

İcra başcısı bildirib ki, dezinfeksiya işləri zamanı liftlərə xüsusi diqqət ayrılır:

"Hər gün BŞİH-nin balansında olan liftlərdə dezinfeksiya işləri aparılır. Mənzil Tikinti Kooperativlərinə gəlincə isə, orada xidmətlər kollektiv özünü idarəetmə formasıda həyata keçirilir. Ona görə də orada kollektiv şəkildə dezinfeksiya aparmalıdırlar, ancaq BŞİH bu işdə də onlara dəstək göstərir".

O əlavə edib ki, pandemiya dövründə Azərbaycanda, o cümlədən Bakıda ərzaq qıtlığı yaşanmayıb.

E.Əzizov Bakı əhalisini Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməyə çağırıb.


Etiketlər:  Eldar Əzizov İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ