Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Goranboyda ev yanıb

Goranboyda ev yanıb

Tarix: 18 May 2020 23:42

Bakı. Trend:

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaradağlı kəndində ümumi sahəsi 25 m² olan, dam örtüyü qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Goranboyda yanıb


RƏYLƏR