Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 15:32
"Real", "Bavariya" və "İnter" koronavirusla qarşı mübarizə aparan Avroapdakı tibbi müəssisələrə dəstək olmaq məqsədi ilə turnir təşkil etmək qərarına gəlib.
Qol.az "İnter"i saytına istinadən xəbər verir ki, "Avropa Həmrəylik Kuboku - Qəhrəmanlar üçün futbol" adlı turnir gələn il təşkil ediləcək. "Real", "Bavariya " və "İnter"in iştirak edəcəyi turnirin görüşləri Madrid, Münhen və Milanda keçiriləcək. Oynanılacaq matçlardan əldə olunan gəlirlər koronavirus ilə mübarizənin qəhrəmanları olan tibbi işçilərinə verilməsi üçün tibbi müəssisələrə göndəriləcək.
Matçların təqviminin daha sonra elan ediləcəyi vurğulanıb.