Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi

Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi

Tarix: 19 May 2020 19:21

Bakı. Trend:

Xaçmazda quyuya düşən heyvan xilas edilib.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Qımılqışlaq kəndində təkdırnaqlı heyvanın dərinliyi 4 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.


Etiketlər:  Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ